"Sevilya" "Real"ın futbolçusunu icarəyə götürdü

18:23 - 5 İyul 2019

İspaniyanın "Sevilya" klubu transfer fəaliyyətini davam etdirir.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, əndəlüsiyalılar Madrid "Real"ının sol cinah müdafiəçisi Serxio Reqilonu icarəyə götürüb. 22 yaşlı futbolçu bir mövsüm "Sevilya"da çıxış edəcək.

 

İspaniyalı futbolçu "Real"ın yetirməsidir.

Xəbər xətti