"Şalke" 13 milyona hücumçu aldı

18:37 - 5 İyul 2019

Almaniya Bundesliqasında çıxış edən "Şalke" yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, gelzenkirxenlilər "Fortuna Düsseldorf"un hücumçusu Benito Ramanı transfer edib. Belçikalı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Bu keçid üçün "Şalke" 13 milyon avro təzminat ödəyib və 21 yaşlı hücumçu Bernard Tekpetekeyi qarşı tərəfə iki illik icarəyə verib.

 

"Gent"in yetirməsi olan 24 yaşlı oyunçu 2017-ci ildən "Fortuna"da çıxış edirdi.

 

Xəbər xətti