"Real" Edeqoru yenidən icarəyə verdi

18:53 - 5 İyul 2019

"Real" yarımmüdafiəçisi Martin Edeqoru icarəyəyə göndərib.

 

Sportal.az xəbər verir ki, "kral klubu" Norveç millisinin üzvünü La Liqanın digər təmsilçisi "Real Sosyedad"a icarəyə verib. Klub saytının məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.

 

"Real" Edeqoru 2015-ci ildə transfer edib. Gənc futbolçu daha öncə Hollandiyanın "Herenven" və "Vitess" klublarına icarəyə verilib.

Xəbər xətti