"Vilyarreal" Enes Ünalı icarəyə verdi

23:11 - 5 İyul 2019

İspaniyanın "Vilyarreal" klubu hücumçusu Enes Ünalı icarəyə verib.

 

Sportal.az xəbər verir ki, Türkiyə millisinin üzvü La Liqanın digər klubu "Real Valyadolid"də çıxış edəcək. Klub saytının məlumatına görə, 22 yaşlı forvardla bir illik müqavilə imzalanıb.

 

"Vilyarreal" ötən mövsüm də Enes Ünalı "Real Valyadolid"ə icarəyə vermişdi. Türkiyəli futbolçu 34 oyuna 6 qol vurub, 3 assist etmişdi.

Xəbər xətti