İngiltərənin "Vest Hem" klubundan ayrılan Fransa millisinin sabiq üzvü Samir Nəsrinin yeni klubu bəlli olub.
Sportal.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Belçikanın "Anderlext" klubuna transfer olub. Klub saytı fransalı futbolçu 1+1 illik müqavilə imzalanadığını açıqlayıb.
Samir Nəsri açıqlamasında "Anderlext"i seçmə səbəbini açıqlayıb: "Möhtəşəm təkliflər aldım, ancaq "Anderlext"lə müqavilə imzalamağa qərar verdim. Vensan Kompani 2011-2017-ci illərdə "Mançester Siti"də komanda yoldaşım olub. Onun "Anderlext"dəki planlarına qoşulmaq istədim".
"Mançester Siti"dən ayrılan belçikalı müdafiəçi Kompani də "Anderlext"ə keçib.
Qeyd edək ki, Nəsri “Arsenal”, “Mançester Siti”, “Sevilya”, “Marsel” və "Antalyaspor" kimi klublarda çıxış edib.
saytlarin hazirlanmasi