"Beşiktaş" hücumçusunu icarəyə verdi

00:03 - 6 İyul 2019

"Beşiktaş" futbolçusu Kayl Larini icarəyə verib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, kanadalı hücumçu Belçikanın "Zulte Vareqem" komandasında çıxış edəcək. Larinlə 1 illik müqavilə imzalanıb. Vareqem təmsilçisi 2,5 milyon avro ödəməklə 24 yaşlı forvardın transfer hüququna yiyələnə bilər.

 

Qeyd edək ki, 2018-ci ildən İstanbul klubunda çıxış edən Larin ötən mövsüm 22 oyuna 4 qol vurub, 2 assist edib.

Xəbər xətti