Portuqaliyanın "Portu" klubu növbəti transferini reallaşdırıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, "əjdahalar" Qətər təmsilçisi "Əl Duhail"də çıxış edən yaponiyalı Şoya Nakacimanı transfer edib. "Portu" 24 yaşlı yarımmüdafiəçinin keçidi üçün 12 milyon avro ödəyib və onun transfer hüququnun 40 faizinə yiyələnib.
"Əl Duhail" Yaponiya millisinin üzvünü "Portimonensi"dən 35 milyon avroya transfer etmişdi.
saytlarin hazirlanmasi