"Atletiko" "Çelsi"nin futbolçusunu transfer etdi

16:53 - 6 İyul 2019

İspaniyanın "Atletiko" klubu ötən mövsüm "Çelsi"dən icarəyə götürdüyü Alvaro Moratanın transfer hüququna yiyələnib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, ispaniyalı hücumçu daha bir mövsüm icarəyə götürülüb. 2020-ci ilin yayında isə madridlilər onu transfer edəcək.

 

"Atletiko"nun bu keçid üçün 50 milyon funt-sterlinq ödəyəcəyi bildirilir.

 

26 yaşlı hücumçu ötən mövsüm "Atletiko"da 15 oyuna 6 qol vurub.

 

"Çelsi" İspaniya millisinin üzvünü 2017-ci ildə "Real"dan 75 milyon avroya transfer etmişdi.

 

Xəbər xətti