"Qəbələ" Ukrayna klubuna qalib gəldi

20:34 - 7 İyul 2019

2019-2020-ci illər mövsümünə hazırlıqları Türkiyədə davam etdirən “Qəbələ” bu gün ilk yoxlama oyununu keçirib. 

 

Sportal.az xəbər verir ki, ölkəmizi Avropa Liqasında təmsil edəcək "qırmızı-qaralar" Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışının 4-cü günündə Ukraynanın “Mariupol” klubu ilə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.

 

Qeyd edək ki, "Qəbələ" Boluda növbəti yoxlama oyununu digər Ukrayna təmsilçisi "Vorskla"ya qarşı keçirəcək. Həmin görüş iyulun 11-də keçiriləcək.


7 iyul

Yoxlama oyunu

 

 

“Qəbələ” – “Mariupol” (Ukrayna) - 2:1
Qollar
: Ülvi İsgəndərli, 2, Roman Hwseynov, 17 - Fomin, 34 (pen.)
Hendek Atatürk stadionu

Xəbər xətti