"Milan" "Real"ın futbolçusunu transfer etdi

14:16 - 7 İyul 2019

İtaliyanın "Milan" klubu yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" Madrid "Real"ının müdafiəçisi Teo Hernandesi transfer edib. Fransa millisinin üzvüylə 5 illik müqavilə imzalanıb. Bu keçid üçün "Milan" 20 milyon avrosundan keçib.

 

"Real" 21 yaşlı sol cinah müdafiəçisini 2017-ci ildə "Atletiko"dan 24 milyon avroya transfer edib.

Xəbər xətti