Kosovo millisinin üzvü "Fənərbaxça"da - RƏSMİ

16:01 - 7 İyul 2019

Türkiyənin "Fənərbaxça" klubu növbəti transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Rizəspor"un hücumçusu Vedat Murikini transfer edib. Kosovo yığmasının üzvüylə 4 illik müqavilə imzalanıb.

 

Türkiyə mətbuatının məlumatına görə, "sarı-lacıvərdlilər" bu keçid üçün qarşı tərəfə 5 milyon avro və 3 futbolçu verəcək.

 

Qeyd edək ki, 25 yaşlı hücumçu 2018-ci ildə "Əskişəhərspor"dan "Rizəspor"a keçmişdi. Onun bir illik müqaviləsi qalmışdı.

Xəbər xətti