"Roma" El-Şaaravini satdı

10:38 - 8 İyul 2019

İtaliyanın "Roma" klubunun futbolçusu Stefan El-Şaaravi karyerasını Çində davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı futbolçu "Şanxay Şenhua"ya transfer olub. Klub saytının məlumatına görə, italiyalı vingerlə 3 illik müqavilə imzalanıb. El-Şaaravi 3 il ərzində 40 milyon avro qazanacaq.

 

 "Roma" bu keçiddən 18 milyon avro təzminat alıb. Müqavilənin bəndində bonuslar da yer alıb.

 

26 yaşlı futbolçu 2016-cı ildə "Milan"dan "Roma"ya 13 milyon avroya keçmişdi.

Xəbər xətti