İtaliyanın "Roma" klubu yeni transerini reallaşdırıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, canavarlar "Real Betis"in qapıçısı Pau Lopesi transfer edib. Paytaxt təmsilçisi bu keçid üçün İspaniya klubuna 30 milyon avro təzminat ödəyib.
İspaniya millisinin üzvü olan 24 yaşlı qapıçı ötən yay "Espanyol"dan azad agent statusu ilə əndəlüsiyalılara keçmişdi.
saytlarin hazirlanmasi