İngiltərənin "Lester Siti" klubu yeni transferini açıqlayıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, "tülkülər" ötən mövsüm "Monako"dan icarəyə götürdüyü Yuri Tilemansı birdəfəlik transfer edib. Belçika millisinin üzvü üçün Fransa təmsilçisinə 40 milyon funt-sterlinq təzminat ödənilib. 22 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
Belçikalı futbolçu "Lester Siti" tarixinin ən bahalı transferi olub.
"Monako" Tilemansı 2017-ci ildə "Anderlext"dən 25 milyon avroya transfer etmişdi.
saytlarin hazirlanmasi