Türkiyənin "Trabzonspor" klubu yeni transferini açıqlayıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, "bordo-mavililər" Hollandiyanın "Villem II" klubundan ayrılan Donis Avdiyayı transfer edib. 22 yaşlı forvardla 1+3 illik müqavilə imzalanıb. Avdiyay trabzonlulara azad agent statusu ilə keçib.
Gənc futbolçu "Şalke"nin yetirməsidir. Kosovo yığmasının üzvü ötən yay "Villem II" klubuna keçmişdi.
saytlarin hazirlanmasi