Premyer Liqa klubundan 22,5 milyonluq transfer

01:13 - 9 İyul 2019

İngiltərə Premyer Liqa təmsilçisi "Aston Villa" yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Birmingem təmsilçisi ötən mövsüm "Bornmut"dan icarəyə götürdüyü Tairon Minqsin transfer hüququna yiyələnib. 26 yaşlı müdafiəçinin keçidi üçün 22,5 milyon avro təzminat ödənilib. İngiltərəli futbolçu ilə uzun müddətli müqavilə imzalanıb.

 

Minqs "Bornmut"a 2015-ci ildə "İpsviç"dən keçmişdi.

Xəbər xətti