PSJ-nin idman direktoru Leonardo "Le Parisien"ə açıqlama verib.
Sportal.az xəbər verir ki, braziliyalı mütəxəssis komandadan ayrılacağı gözlənilən Neymarın gələcəyindən danışıb:
"Həm bizə, həm də Neymara uyğun təklif gəlsə, yollar ayrıla bilər. Bu gün konkret təklif almamışıq. Transfer işləri bir günə həll olmur. Neymarın ayrılmaq istədiyi hər kəsə aydındır. Ancaq futbolda bu gün və sabah fərqli şeylər söyləyə bilərsiniz. PSJ böyük işlər görmək istəyir və burada qalmaq istəyən oyunçulara güvənir. Hansısa təklif almasaq da, "Barselona" ilə danışıq olub. Onlar alıcı olduqlarını, biz isə satmadığımızı dedik. "Barselona"nı həqiqi alıcı kimi görmədik".
27 yaşlı braziliyalı hücumçunun adı "Barselona" ilə hallanır.
saytlarin hazirlanmasi