İngiltərə Premyer Liqa təmsilçisi "Mançester Siti" qapıçısı Ariyanet Muriçi icarəyə verib.
Sportal.az xəbər verir ki, Kosovo yığmasının üzvü karyerasını Çempionşipdə çıxış edən "Nottingem Forest"də davam etdirəcək. Klub saytı 20 yaşlı qolkiperi bir illik icarəyə götürdüyünü açıqlayıb.
"Şəhərlilər" Muriçi ötən mövsüm Hollandiyanın "Breda" klubuna icarəyə vermişdi.
saytlarin hazirlanmasi