"Liverpul"dan ayrılan Alberto Moreno karyerasını İspaniyada davam etdirəcək.
Sportal.az xəbər verir ki, 26 yaşl sol cinah müdafiəçisi La Liqada çıxış edən "Vilyarreal"la anlaşıb. Klub saytının məlumatına görə, Moreno ilə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, ispaniyalı futbolçu 2014-cü ildə 12 milyon funt-sterlinq qarşılığında "Sevilya"dan "Liverpul"a keçmişdi.
saytlarin hazirlanmasi