"Real" Zidanın oğlunu icarəyə verdi

12:02 - 10 İyul 2019

İspaniyanın "Real" klubu qapıçısı Luka Zidanı icarəyə verib.

 

Sportal.az xəbər verir ki, 21 yaşlı əlcək sahibi karyerasını Sequnda təmsilçisi "Rasinq"də davam etdirəcək. Klub saytı fransalı qolkiperi bir illik icarəyə götürdüyünü açıqlayıb.

 

Zidan "Real"ın yetirməsidir və əsas komandada iki oyun keçirib. Luka komandanın baş məşqçisi Zinəddin Zidanın oğludur.

Xəbər xətti