Türkiyənin "Qalatasaray" klubundan ayrılan Ərən Dərdiyok özünə yeni komanda tapıb.
Sportal.az xəbər verir ki, İsveçrə millisinin üzvü karyerasını Super Liqanın digər təmsilçisi "Göztəpə"də davam etdirəcək. Klub saytının məlumatına görə, 31 yaşlı forvardla 2+1 illik müqavilə imzalanıb.
Ərən Dərdiyok 2016-2019-cu illərdə "Qalatasaray"da oynayıb.