Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” yerli “Boluspor” klubu ilə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb. Bu matçla Bolu toplanışını başa vuran "Qəbələ" Azərbaycana dönəcək.
Sənan Qurbanovun yetirmələri bunadək Ukrayna təmsilçiləri “Mariupol” (2:1) və “Vorskla” (1:3) ilə qarşılaşmışdı.
Yoxlama oyunu
17 iyul
17:00. “Boluspor” (Türkiyə) - “Qəbələ” - 1:2
Qollar: Yasin Dülgər, 90 - Merab Qiqauri, 19, Klesio, 47
Bolu. “Koru” otelinin meydançası
"Qəbələ": Anar Nəzirov, Amin Seydiyev, Sadiq Quliyev, Rasim Ramaldanov, Qismət Alıyev, Merab Qiqauri, David Volkov, Klesio, Fernan Lopes, Ülvi İsgəndərov, Kristian Kouakou.
saytlarin hazirlanmasi