"Beşiktaş" ikinci transferini İtaliyadan reallaşdırdı

11:41 - 17 İyul 2019

Türkiyənin "Beşiktaş" klubu növbəti transferinə hazırlaşır.

 

Sportal.az "Hürriyet"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Fiorentina"nın müdafiəçisi Vitor Huqonu bir illik icarəyə götürüb. Bu keçid üçün "ağ-qaralar" 300 min avrosundan keçib. Braziliyalı mərkəz mərkəz müdafiəçisinin illik maaşı 1,7 milyon avro olacaq.

 

28 yaşlı futbolçu yaxın günlərdə İstanbula gəlib, tibbi müayinədən keçəcək.

 

"Fiorentina" Vitor Huqonu 2017-ci ildə "Palmeyras"dan 8 milyon avroya transfer etmişdi.

 

"Beşiktaş" daha öncə Portuqaliyanın "Vitoriya" klubundan ABŞ millisinin yarımmüdafiəçisi Tayler Bondu transfer edib.

Xəbər xətti