"Barselona" növbəti transferini açıqlayıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, kataloniyalılar "Eybar"ın sol cinah müdafiəçisi Mark Kukurelyanı transfer edib. Bu keçid üçün 4 milyon avro təzminat ödənilib.
"Eybar" 20 yaşlı futbolçunu ötən il "Barselona"da 2 milyon avroya transfer etmişdi. Müqavilənin şərtlərinə əsasən, "Barselona"nın ispaniyalı futbolçunu geri qaytarmaq hüququna malik idi.
saytlarin hazirlanmasi