"Atalanta" Ruslanla beş illik müqavilə imzaladı

12:16 - 17 İyul 2019

İtaliyanı Çempionlar Liqasında təmsil edəcək "Atalanta" daha bir transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Berqamo təmsilçisi "Genk"in hücumameyilli yarımmüdafiəçisi Ruslan Malinovskini transfer edib. Bu keçid üçün Belçika klubuna 13,7 milyon avro təzminat ödənilib. Ukrayna millisinin üzvüylə beş illik müqavilə imzalanıb.

 

Ruslan Malinovski 2015-ci ildə "Şaxtyor"dan "Genk"ə keçmişdi.

Xəbər xətti