"Qalatasaray" "Fulhem"in futbolçusunu icarəyə götürdü

12:24 - 17 İyul 2019

Türkiyəni Çempionlar Liqasında təmsil edəcək "Qalatasaray" növbəti transferini həll edib.

 

Sportal.az "RMC Sport"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin "Fulhem" klubunun yarımmüdafiəçisi Jan-Mikael Serini icarəyə götürüb. Fil Dişi Sahili millisinin üzvü "sarı-qırmızılar"da bir il çıxış edəcək.

 

Seri tezliklə İstanbula gələcək və tibbi müayinədən keçib, müqavilə bağlayacaq.

 

London təmsilçisi 27 yaşlı futbolçunu ötən yay "Nitsa"dan 30 milyon avroya transfer edib.

Xəbər xətti