"Qarabağ"dan ayrılan futbolçu etiraz etdi: "Zirə" sənin səviyyənə uyğun deyil!"

15:12 - 17 İyul 2019

"Zirə" sonuncu dəfə Hindistanın “Mohun Baqan” klubunda çıxış edən haitili vinger Soni Nordeylə bir illik müqavilə imzaladı.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı futbolçunun qəsəbə təmsilçisinə transfer olmasına ötən gün "Qarabağ"dan rəsmən ayrılan Donald Gerye etiraz edib. "Instagram"da "Haiti Tempo" səhifəsinə rəy yazan Gerye "Zirə"nin Norde üçün aşağı səviyyəli klub olduğunu bildirib: "Olmaz! Bu, sənin səviyyənə uyğun deyil, qardaş".

 

Haitili futbolçu bundan öncə “Boka Xuniors B”(Argentina), “San Luis B” (Meksika), “Altamira” (Meksika), SRKC (Banqladeş), “Mohun Baqan” (Hindistan) və “Mumbay Siti” (Hindistan) klublarında çıxış edib.

 

 

Xəbər xətti