"Roma"dan 26 milyonluq transfer

15:53 - 17 İyul 2019

İtaliyanın "Roma" klubu növbəti transferini reallaşdırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi "Atalanta"nın müdafiəçisi Canluka Mançinini transfer edib. İtaliya millisinin üzvünün keçidi üçün Berqamo təmsilçisinə 26 milyon avro təzminat ödənilib. 23 yaşlı futbolçu 5 illik müqaviləyə qol çəkib.

 

"Roma" bu yay daha öncə Amadu Diavara, Pau Lopes və Leonardo Spinatsolanı heyətinə qatıb.

 

"Atalanta" Mançini 2017-ci ildə "Perucia"dan 1,2 milyon avroya transfer etmişdi.

Xəbər xətti