"Vest Hem"dən rekord transfer

17:33 - 17 İyul 2019

İngiltərənin "Vest Hem" klubu yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki,"çəkicdöyənlər" "Ayntraxt"ın hücumçusu Senastien Halleri transfer edib. 25 yaşlı futbolçuyla 5 illik müqavilə imzalanıb. Bu keçid üçün Frankfurt klubuna 50 milyon avro təzminat ödənilib. Haller London klubunun tarixində ən bahalı transfer olub.

 

Fransalı hücumçu 2017-ci ildə "Utrext"dən "Ayntraxt"a keçmişdi. O, ötən mövsüm Bundesliqada 15 qol vurub, 9 assist edib.

Xəbər xətti