"Arsenal" yeni transferlərini açıqladı

12:52 - 26 İyul 2019

"Arsenal" daha iki transfer reallaşdırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "topçular" Fransanın "Sent-Etyen" klubunun müdafiəçisi Vilyam Salibanı transfer edib. 18 yaşlı futbolçunun keçidi üçün 30 milyon avro təzminat ödənilib. Fransalı futbolçu ilə 4 illik müqavilə imzalanıb. O, yeni mövsümü icarə əsasında "Sent-Etyen"də keçirəcək.

 

Londonlular Madrid "Real"ının yarımmüdafiəçisi Dani Sebalyosu da icarəyə götürüb.İspaniyalı futbolçu ilə bir illik müqavilə imzalanıb.

 

Image

Image

Xəbər xətti