"Aston Villa" "Mançester Siti"nin futbolçusunu transfer etdi

13:08 - 26 İyul 2019

İngiltərə Premyer Liqa təmsilçisi "Aston Villa" daha bir transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Birmingem təmsilçisi "Mançester Siti"nin yarımmüdafiəçisi Duqlas Luisi transfer edib. Bu keçid üçün "şəhərlilər"ə 15 milyon funt-sterlinq təzminat ödənilib.

 

"Mançester Siti" Braziliyanın U-23 yığmasının kapitanını 2017-ci ildə "Vasko da Qama"dan transfer etmişdi. 21 yaşlı yarımmüdafiəçi 2017-2019-cu illəri icarə əsasında İspaniyanın "Jirona" klubunda keçirib.

Xəbər xətti