"İnter"dən Çin klubuna keçdi

00:47 - 27 İyul 2019

"İnter"in müdafiəçisi Miranda karyerasını Çinin "Çzyansu Sunin" klubunda davam etdirəcək.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Milan təmsilçisi bu keçid üçün 5 milyon avro təzminat alacaq. 34 yaşlı futbolçunun illik maaşı 4,5 milyon avro olacaq. Braziliyalı futbolçu 2 illik müqaviləyə qol çəkib.

 

Miranda 2015-ci ildə "Atletiko"dan "İnter"ə keçmişdi.

 

 

Xəbər xətti