Rusiyanın "Krasnodar" klubu növbəti transferini açıqlayıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi Fransanın "Sent-Etyen" klubunun vingeri Remi Kabellyanı transfer edib. 29 yaşlı futbolçunun keçidi üçün 12 milyon avro təzminat ödənilib. Fransalı oyunçu ilə 3 illik müqavilə imzalanıb.
Fransa yığmasında 4 oyun keçirmiş Kabbelya daha öncə "Monpelye", "Nyukasl", "Marsel" kimi klublarda da oynayıb.
saytlarin hazirlanmasi