"Vulverhempton" "Real"ın futbolçusunu icarəyə götürdü

00:29 - 28 İyul 2019

İspaniyanın "Real" klubu müdafiəçisi Xesus Valyexonu icarəyə verib.

 

Sportal.az xəbər verir ki, 22 yaşlı müdafiəçi karyerasını İngiltərə Premyer Liqa təmsilçisi "Vulverhempton"da davam etdirəcək. Klub saytı ispaniyalı futbolçunu bir illik icarəyə götürdüyünü açıqlayıb.

 

İspaniyanın aşağı yaş qruplarından ibarət milli komandalarında çıxış etmiş futbolçu 2015-ci ildə "Saraqosa"dan "Real"a 6 milyon avro qarşılığında keçib.

Xəbər xətti