"Liverpul" Premyer Liqa tarixinin ən gənc futbolçusunu aldı

13:05 - 28 İyul 2019

İngiltərənin "Lİverpul" klubu yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "qırmızılar" "Fulhem"in 16 yaşlı hücumçusu Harvi Elliotu transfer edib. Müqavilənin detalları barədə məlumat verilməyib.

 

İngiltərənin U-17 millisinin üzvü Premyer Liqa tarixində meydana çıxmış ən gənc futbolçudur. Elliot 16 yaş 30 günlüyündə çempionatın 37-ci turunda "Fulhem"in "Vulvehempton"la matçında meydana çıxıb.

Xəbər xətti