Braziliyalı futbolçu rəsmən "Beşiktaş"da

18:13 - 28 İyul 2019

Türkiyənin "Beşiktaş" klubu növbəti transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, İstanbul klubu "Barselona" ilə müqaviləsi başa çatan braziliyalı müdafiəçi Duqlası transfer edib. 28 yaşlı futbolçuyla 3 illik müqavilə imzalanıb. Futbolçunun illik maaşı 800 min avro olacaq.

 

Duqlas ötən mövsümü icarə əsasında "Sivasspor"da keçirmişdi. O, "Barselona", "Sportinq" (Xixon) və "Benfika" klublarında da çıxış edib.

Xəbər xətti