Millinin məşqçiləri "Sabah" və "Zirə"nin hazırlıq prosesini izləyib

18:21 - 29 İyul 2019

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç və köməkçi-məşqçi Vladimir Kozul iyulun 24-dən 28-dək Türkiyədə olublar.

 

Sportal.az xəbər verir ki, onlar təlim-məşq toplanışında olan Azərbaycan Premyer Liqası klublarından “Sumqayıt”, “Zirə” və “Sabah”ın məşq prosesini və yoxlama oyunlarını izləyib, komandaların baş məşqçiləri ilə görüşüb, fikir mübadiləsi aparıblar.  

Xəbər xətti