"Milan"ın hücumçusu Patrik Kutrone karyerasını İngiltərə Premyer Liqa təmsilçisi "Vulverhempton"da davam etdirəcək.
Sportal.az "Sky Italia"ya istinadən xəbər verir ki, 21 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. İtaliya millisinin üzvünün keçidi üçün Milan təmsilçisinə 22 milyon avro təzminat ödənilib. Kutronenin illik maaşı 2 milyon avro olacaq. Gənc futbolçu tibbi müayinədən keçmək üçün İngiltərəyə yollanıb.
Kutrone "Milan"In yetirməsidir. Hücumçu "qırmızı-qaralar"da 90 oyuna 29 qol vurub, 12 assist edib.
saytlarin hazirlanmasi