Ulduz futbolçu həyat yoldaşına görə keçmiş klubuna qayıtdı

19:10 - 29 İyul 2019

"İnter"də yeni baş məşqçi Antonio Kontenin planlarında yer almayan Raca Nainqqolan karyerasını sabiq klubu "Kalyari"də davam etdirəcək.

 

Sportal.az "Repubblica"ya istinadən xəbər verir ki, 31 yaşlı futbolçu icarəyə veriləcək. Belçikalı yarımmüdafiəçinin illik maaşı 4,5 milyon avro olacaq. "Kalyari" bu keçid üçün təzminat ödməyəcək.

 

Ulduz futbolçunun ailəsi də Saridiniya bölgəsində yaşayır. Onun "Kalyari"yə dönməsinin əsas səbəbi həyat yoldaşı Klaudia Nainqqolanın xərçəng xəstəliyi ilə mübarizə aparmasıdır. Ailəsinin yanında olmaq istəyən ulduz futbolçu sabiq klubuna qayıtmağa qərar verib.

 

"İnter" Nainqqolanı ötən yay "Roma"dan 38 milyon avroya transfer edib. Belçika millisinin üzvü "göy-qaralar"da 36 oyuna 7 qol vurub, 3 assist edib. Təcrübəli oyunçu 2010-2014-cü illərdə "Kalyari"də çıxış edib.

Xəbər xətti