"Qalatasaray" ötən mövsümün ikinci yarısında Belçikanın "Standart" klubundan satın alma şərtiylə icarəyə götürdüyü Kristian Luyindamanın transfer hüququna yiyələnib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, İstanbul klubu 3 milyon avro ödəyərək icarəyə götürdüyü futbolçunu birdəfəlik transfer edib. 25 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Bu keçid üçün Belçika təmsilçisinə 5 milyon avro ödənilib. Konqo Demokratik Respublikası millisinin üzvü illik 1 milyon 50 min avro avro maaş alacaq.
Luyindama 2017-ci ildən "Standart"da çıxış edirdi.
saytlarin hazirlanmasi