PSJ-dən 32 milyonluq transfer

12:50 - 30 İyul 2019

Fransanın PSJ klubu yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Paris təmsilçisi "Everton"un yarımmüdafiəçisi İdrissa Qana Qeyeni transfer edib. Seneqal millisinin üzvü ilə 2023-cü ilin yayına kimi müqavilə imzalanıb. Parislilər bu keçid üçün Liverpul klubuna 32 milyon avro təzminat ödəyib. Qeye yeni klubunda 27 nömrəli forma altında çıxış edəcək.

 

29 yaşlı dayaq yarımmüdafiəçisi 2016-cı ildə "Aston Villa"dan 8,5 milyon avro qarşılığında "Everton"a keçmişdi.

Xəbər xətti