Adriano "Spartak"ı Braziliya klubuna dəyişdi

10:47 - 31 İyul 2019

Rusiyanın "Spartak" klubunun hücumçusu Luis Adriano karyerasını Braziliyanın "Palmeyras" klubunda davam etdirəcək.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Bu keçid üçün Moskva təmsilçisinə 1,5 milyon avro təzminat ödənilib.

 

"Spartak" Braziliya millisinin sabiq üzvünü 2017-ci ildə "Milan"dan transfer etmişdi. Adriano 2007-2015-ci illərdə Ukraynanın "Şaxtyor" klubunda çıxış edib.

Xəbər xətti