Türkiyənin "Qalatasaray" klubu növbəti transferini reallaşdırıb.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Selta"nın vingeri Əmrə Moru heyətinə qatıb. Bu barədə klubun vitse-prezidenti Abdurrahim Albayrak məlumat verib: "Əmrə Mor üçün transfer açıqlaması verəcəyik. Bitən transferləri deyirik. Radamel Falkao ilə bağlı indi nəsə deyə bilmərəm".
Əmrə bu axşam İstabula tibbi müayinədən keçmək üçün gələcək.
"Selta" Türkiyə millisinin üzvü olan 22 yaşlı futbolçunu 2017-ci ildə 14 milyon avroya "Borussiya"dan almışdı.
saytlarin hazirlanmasi