Kevin-Prins Boatenqin yeni klubu bəlli oldu

17:22 - 31 İyul 2019

Ötən mövsümün ikinci yarısını icarə əsasında "Barselona"da keçirən Kevin-Prins Boatenq karyerasını "Fiorentina"da davam etdirəcək.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, florensiyalılar 32 yaşlı hücumameyilli yarımmüdafiəçinin transferi üçün "Sassuolo"ya 1 milyon avro təzminat ödəyib. Qanalı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

 

Boatenq "Herta", "Tottenhem", "Borussiya" (Dortmund), "Portsmut", "Milan", "Şalke", "Las Palmas", "Ayntraxt" (Frankfurt), "Sassuolo" və "Barselona" kimi klublarda çıxış edib.

 

Xəbər xətti