Andre Şürrle rəsmən Rusiya klubunda

20:20 - 31 İyul 2019

Almaniyanın "Borussiya" klubunun vingeri Andre Şürrle karyerasını Rusiyada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, Almaniya yığmasının üzvü "Spartak"a keçib. Moskva klubunun saytı 28 yaşlı futbolçunu bir illik icarəyə götürdüyünü açıqlayıb.

 

"Spartak" 8 milyon avro ödəyib, almaniyalı futbolçunu transfer etmək hüuquna malikdir.

 

Şürrle ötən mövsümü icarə əsasında "Fulhem"də keçirib. Almaniya yığmasının üzvü 24 oyuna 6 qol vurub.

Xəbər xətti