Ötən mövsüm "Qalatasaray"da oynamış futbolçu "Monako"ya keçdi

20:31 - 31 İyul 2019

Fransanın "Monako" klubu növbəti transferini reallaşdırıb.

 

Sportal.az "L'Equipe"ə istinadən xəbər verir ki, "knyazlıq klubu" "Everton" klubundan Henri Onyekurunu transfer edib. Bu keçid üçün Liverpul təmsilçisinə 15 milyon avro ödənilib. Nigeriya millisinin üzvüylə 5 illik müqavilə imzalanıb.

 

22 yaşlı vinger tibbi müayinədən keçmək üçün Fransaya yollanıb.

 

Onyekuru ötən mövsümü icarə əsasında Türkiyənin "Qalatasaray" klubunda keçirib. "Everton" nigeriyalı futbolçunu ötən 2015-ci ildə Belçikanın "Eypen" klubundan 8 milyon avroya transfer etmişdi.

Xəbər xətti