33 yaşlı qapıçı üçün 8,8 milyon

13:35 - 1 Avqust 2019

İngiltərə Premyer Liqa təmsilçisi "Aston Villa" növbəti transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Birmingem təmsilçisi "Börnli"nin qapıçısı Tom Hitonu transfer edib. 33 yaşlı qapıçının transferi üçün 8,8 milyon avro təzminat ödənilib.

 

İngiltərə millisinin üzvü 2013-cü ildən "Börnli"də çıxış edirdi.

Xəbər xətti