"Lill" pulsuz aldığı futbolçunu "Milan"a 30 milyona satdı

17:29 - 1 Avqust 2019

İtaliyanın "Milan" klubu yeni transferini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, "qırmızı qaralar" Fransanın "Lill" klubunun hücumçusu Rafael Leaonu transfer edib. 20 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Portuqaliyalı futbolçunun keçidi üçün 30 milyon avro təzminat ödənilib.

 

"Lill" Leaonu 2018-ci ildə "Sportinq"dən azad agent statusu ilə heyətinə qatmışdı.

Xəbər xətti