Rasim Ramaldanov "Qəbələ"nin legionerini xəstəxanalıq elədi

21:39 - 1 Avqust 2019

"Qəbələ" Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Dinamo" klubunun qonağıdır.

 

Sportal.az xəbər verir ki, qarşılaşmanın 40-cı dəqiqəsində "Qəbələ" ciddi itkiylə üzləşib. Komandanın müdafiəçiləri - Rasim Ramaldanovla İvitsa Zuniç kəllə-kəlləyə toqquşub. Zuniç toqquşmadan sonra huşunu itirib. Meydana hər iki komandanın həkimləri daxil olub, tibbi yardım ediblər. Xorvatiyalı futbolçu xərəkdə meydanı tərk edib. 30 yaşlı futbolçu ambulans maşınıyla xəstəxanaya aparılıb.

 

Onun əvəzinə meydana Sadiq Quliyev daxil olub.

Xəbər xətti