Dani Alveşin yeni klubu müəyyənləşdi - "10 nömrə" oldu

10:49 - 2 Avqust 2019

PSJ-dən ayrılan Dani Alveşin yeni klubu məlum olub.

 

Sportal.az xəbər verir ki, braziliyalı futbolçu karyerasını ölkəsində davam etdirəcək. 36 yaşlı müdafiəçi "San-Paulu"ya transfer olub. Klub saytının məlumatına görə, təcrübəli futbolçu ilə 3 illik müqavilə imzalanıb. Braziliya millisinin üzvü yeni klubunda 10 nömrəli forma altında çıxış edəcək.

 

Alveş "Bahia", "Sevilya", "Barselona", "Yuventus" və PSJ klublarında çıxış edib.

 

Image

Xəbər xətti